Mirziyoyevdən yanğınla bağlı başsağlığı

Mirziyoyevdən yanğınla bağlı başsağlığı
  03 Mart 2018    Oxunub:1449
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, Mirziyoyevin məktubunda deyilir:

"Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm.

Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

AzVision.az


Teqlər: Özbəkistan   Yanğın   Başsağlığı  





Xəbər lenti