`Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən` - Ərdoğan

`Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən` - Ərdoğan
  14 Fevral 2017    Oxunub:1904
"Bəşər Əəsədə telefonda dedim ki, sən öz xalqına bombalar yağdırırsan. Bu, yaxşı hərəkət deyil"
AzVision.az "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə bağlı bir xatirəsindən danışarkən deyib.

Suriyada vətəndaş müharibəsinin başladığı ilk aylarda dəfələrlə onunla telefonda danışdığını, öz adamlarını Dəməşqə göndərdiyini deyən Ərdoğan, sonuncu dəfə cümədən əvvəl Əsədə zəng vurduğunu söyləyib. "Bəşər, bu gediş yaxşı deyil. Öz xalqına bombalar yağdırırsan. Tanklarla xalqının üzərinə gedirsən. Sabah cümədir. Bu başlanğıc olsun. Qoy vətəndaşların dinc şəkildə cümə namazı qılsın" dedim, amma qulaq asmadı” – Ərdoğan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti