Zaqatalada ilan sakinlərə hücum edib - Video

Zaqatalada ilan sakinlərə hücum edib - Video
  30 Noyabr 2016    Oxunub:4519
İlin bu fəslində 1.5 metrdən çox uzunluğu olan ilan Zaqatalanın Yuxarı Çardaqlar kənd sakinlərini təşvişə salıb.
İtburnu yığmaq üçün dağa çıxan kənd sakinləri qəfildən dağın ətəyində ilanla rastlaşıblar. Sakinlər köməkləşərək çətinliklə də olsa daş və paya ilə ilanı öldürüblər.

Sakinləri təəccübləndirən isə belə şaxtalı havada ilanın aktiv olması, həm də onlara hücüm etməsidir.

Öldürülən ilanın diametri təxminən 40 sm, uzunluğu isə 1.5 metrdən çox olub. İlanın öldürüldüyü yer kənd evlərindən cəmi 100 metr aralıdır.



AzVision.az


Teqlər:





Xəbər lenti