76 yaşlı qadının meyiti evdə tapıldı

76 yaşlı qadının meyiti evdə tapıldı
  26 Noyabr 2016    Oxunub:1878
Sumqayıtda 76 yaşlı qadının mənzildə meyiti aşkarlanıb.
AzVision.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısını açıb və 1940-cı il təvəllüdlü Babayeva Ülkər Yusif qızının cəsədini aşkar edərək, aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti