Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq
![Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq](https://azvision.az/photos/cbr3wlgkdmn.png)
Bu barədə AzVision.az-a Palatadan bildiriblər.
Məlumatda qeyd olunur ki, Palata cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 manat olan 6 mln. ədəd qısamüddətli notların emissiya prospektini 52S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Bundan başqa, qurum AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışını 50100152S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Sözügedən notların tədavül müddəti 28 gündür.
AzVision.az