`Apple` Azərbaycanda yeni mağaza açdı

`Apple` Azərbaycanda yeni mağaza açdı
  22 Oktyabr 2016    Oxunub:2907
Bakıda xidmət keyfiyyəti və konsepsiyasına görə sözün əsil mənasında möhtəşəm sayıla biləcək AvirStore mağazasının açılışı olub.

16 ildir ki, Azərbaycanda peşəkar İKT xidmətləri göstərən Avirtel şirkətinin yeni layihəsi olan AvirStore mağazasında Apple məhsullarının satışı və servisi təşkil olunacaq.

AvirtStore Apple sevərlərə məhsulu almazdan əvvəl sınaqdan keçirtmək üçün iPhone, iPad, Mac, Apple Watch məhsullarını və geniş aksessuar çeşidlərini təklif edir. Mağazada müştərilərin məhsullardan maksimum yararlanması üçün ödənişsiz məsləhətlər verən yüksək təcrübəli mütəxəssislər çalışır. Yeni mağazada müştərilər ödənişsiz WI-FI xidməti, habelə “Genius Bar”-da ödənişsiz dəstək və məsləhətlər ala biləcəklər.

Qeyd edək ki, AvirStore-un peşəkar Apple mütəxəssisləri satışdan sonrakı dəstək və servis çərçivəsində yaranan bütün növ problemləri qısa zaman ərzində zəmanətlə həll edir.
AvirStore aşağıdakı satış və dəstək xidmətləri təklif edir:
Biznes üçün Apple
Təhsil üçün Apple
VİP və eksklüzuv Apple məhsulları
Yenilənmiş Apple məhsulları


AvirStore-un açılış mərasiminin fəxri qonağı olan Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta və Avirtelin prezidenti İsmayıl Şabani ilə birgə Apple Premium Reseller standartına uyğun dizayn olunmuş mağazanın açılış lentini kəsərək məhsul və xidmətlər ilə yaxından tanış olub.

AvirStore-a gələcək işlərində uğurlar arzulayan Robert Sekuta Avirtelin bir Amerika şirkəti olaraq Azərbaycanla ABŞ arasında işgüzar münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.

Avirtel şirkəti AvirStore mağazasının açılışı çərçivəsində www.applemarket.az adlı digər bir layihəsinə də start verib. Bu layihənin məqsədi Apple markasının azərbaycanlı istifadəçiləri üçün sevimli markaları haqqında ən son məlumatları Azərbaycan dilində təqdim etmək, habelə Apple biliciləri ilə fikir mübadiləsi apararaq onları maraqlandıran suallara cavab tapmalarına yardımçı olacaq mərkəzləşmiş bir platforma qurmaqdır.

Bunlarla yanaşı applemarket.az saytında Apple məhsullarının alqı-satqı və ya mübadiləsini həyata keçirə bilərsiniz. Burada köhnə Apple cihazınızı ən münasib şərtlərlə sataraq, xəyalınızdaki yeni Apple cihazına daha tez qovuşa bilərsiniz. Bu sahədə ixtisaslaşmlş peşəkar mütəxəssislər cihazı ən qısa zamanda qiymətləndirərək onu lazımı müştəri kateqoriyasına yönləndirəcəklər.
Hər gün 10:00-dan 20:00-a qədər Məmməd Araz 50C ünvanında fəaliyyət göstərən AvirStore Apple sevərlərin yolunu gözləyir. Daha ətraflı məlumat üçün 24/7 fəaliyyət göstərən 176 (ext 262) qaynar xətti və ya [email protected] əlaqə saxlaya bilərsiniz.


Teqlər:





Xəbər lenti