Putin üçün ilin ən önəmli hadisəsi

Putin üçün ilin ən önəmli hadisəsi
  26 Dekabr 2015    Oxunub:2889
Rusiya prezidenti Vladimir Putinin fikrincə, 2015-ci ilin ən əhəmiyyətli hadisəsi Böyük Vətən müharibəsinin 70-illiyinin qeyd olunmasıdır. Putin etiraf edib ki, qalib nəslin taleyi onu bu gün də ruhlandırır.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putin qarşıdan gələn Yeni il bayramına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

“Çox vacibdir ki, rus cəmiyyəti bu çətin zamanda həmrəylik göstərir, biz birlikdə hərəkət edirik və hər zaman öz dəyərlərimizi, milli maraqlarımızı və dövlətin təhlükəsizliyini müdafiə etməyə hazırıq”, - prezident vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti