`Əliyevin məni təltif etməsi xoşuma gəldi – Manukyan (VİDEO)
“Zədəli olduğum üçün final oyununa çıxa bilmədim. Bəlkə də belə olması yaxşı oldu. Rəqibim azərbaycanlı Əbdülqədir Abdullayev pis idmançı deyildi. Məncə, rəqibim adi oğlan idi, ancaq mən yerli boksçu ilə döyüşürdüm. Bu isə çətin idi. Finalda zəiflər olmur”, - deyə erməni əsilli idmançı bildirib.
“Heç bir neqativ hal baş vermədi. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi”.
Eldar Tanrıverdiyev
AzVision.az