Putin yeni ili evdə keçirəcək

Putin yeni ili evdə keçirəcək
  25 Dekabr 2015    Oxunub:2143
Rusiya prezidenti Vladimir Putin yeni ili evdə, ailəsinin yanında keçirəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

“Dekabrın 30-na qədər prezidentin iş qrafiki artıq planlaşdırılıb, o həmin tarixə qədər işləyəcək. Yeni ilə gəldikdə isə Putin ənənəvi olaraq bu bayramı ailəsi, yaxınları ilə birgə keçirəcək”, - deyə Peskov vurğulayıb.

Hazırda Putinin iş qrafikində yanvarın 6-na qədər böyük tədbirlərin keçirilməsi planlaşdırılmır. Lakin 5,6 və 8 yanvar tarixlərində müəyyən tədbirlər olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti