Prezident özünü `millətin lideri` elan etdi

Prezident özünü `millətin lideri` elan etdi
  25 Dekabr 2015    Oxunub:2561
Tacikistan prezidenti Emomali Rahmon “millətin lideri” adını alıb.
AzVision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.

Prezident “Sülh və milli birliyin banisi – millətin lideri haqqında” qanunu imzalayıb. Tacikistan parlamentinin üzvləri yekdilliklə qanun layihəsinin lehinə səs verib.

Yeni qanuna əsasən millətin liderinə xüsusi immunitet və hüquq verilir. Onun şərəfinə muzey, arxiv və kitabxanalar yaradılacaq.

Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Tacikistan rəhbərliyi bu qərarı verərkən, ABŞ, Avropa ölkələri və Qazaxıstanın təcrübəsindən istifadə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti