Türklər də Avropaya vizasız gedəcəklər

Türklər də Avropaya vizasız gedəcəklər
  25 Dekabr 2015    Oxunub:4228
2016-cı ilin oktyabrından etibarən Türkiyə vətəndaşları viza olmadan Şengen ölkələrinə səfər edə biləcəklər.
AzVision.az-ın məlumatına görə, bu barədə “Hurriyet”-ə açıqlamasında Türkiyənin Avropa İttifaqı İşləri üzrə naziri Volkan Bozkır bildirib.

Nazir Aİ-ilə danışıqların sürətlənməsi və vacibliyini vurğulayıb: “Bu əlaqələr uzun müddət inkişaf etməyib, lakin hazırda bu prosesə böyük təkan verilib. Viza proseduru Türkiyə vətəndaşları üçün narahatlıqlar yaradırdı. İndi isə tərəflər arasında razılaşma əldə olunub və gələn ildən vətəndaşlarımız Şengen ölkələrini vizasız gedə biləcəklər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti