`Milad bayramı fırıldaqdır!` - Papadan sensasion açıqlama
ABC bildirir ki, Roma Papası postunda 3-cü Miladını qarşılayan, təqribən 1,2 milyard katolikin lideri olan 1-ci Fransisk moizəsində söyləyib: "İstehlak yanğısına tutulan, zahiri parıltı ilə kor olanlar həyatın danılmaz və unudulmaz dəyərlərini xatırlamalıdır. Varlanmaq hərisliyi, bədxərclik, pulgirlik, təşəxxüs və vurnuxma ruhundan sərxoş olmuş cəmiyyətdə İsa Məsih bizi təmkinli həyata, yəni sadəliyə, ardıcıllığa, mühüm olan nəsnələri görməyə və anlamağa çağırır. Hər insan İsanın sadəliyinin onun qəlbini dolduraraq həyata ruhlandırmağa imkan verməlidir. Əksər hallarda günahkara amansız, günaha isə güzəştli olan bu dünyada Tanrının istəyini dərk etmək üçün özümüzdə ədalət hissini inkişaf etdirməli, ədalətlə davranmalıyıq. Milad kim olduğumuzu bir daha düşünmək üçün zamandır".
Qeyd edək ki, Roma Papasının Milad moizəsini dinləmək üçün Müqəddəs Pyotr Kilsəsinə 10 min insan yığışmışdı.
Bu gün isə Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanına çıxaraq ənənəvi "Urbi et Orbi" (Şəhərə və dünyaya) müraciətini oxuyacaq.
Teqlər: