`Neftin qiyməti 50 dollardan çox olacaq` - Vahid Ələkbərov
Onun sözlərinə görə, Direktorlar Şurasının toplantısında artıq bu məsələ müzakirə olunub: “Biz kollektiv şəkildə bu məsələni müzakirə etdik. Bu rəqəmin 30-40 dollar olacağını da ehtima edirik. Lakin əminliklə deyə bilərəm ki, 2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar, hətta, ondan da yüksək ola bilər”.
V. Ələkbərov həmçinin, qeyd edib ki, şirkət Baltikyanı ölkələrdə qalmış aktivləri satmaq qərarına gəlib: “Hazırda bizim Litva və Latviyada olan aktivlər satışdadır. Bu ölkələr Rusiya əleyhinə olduğu üçün biz Direktorlar Şurasında qərar verdik ki, bu dövlətlərin ərazisindən çıxaq”
Teqlər: