Valyutadəyişmə qaydaları sərtləşdirildi - Rusiyada

Valyutadəyişmə qaydaları sərtləşdirildi - Rusiyada
  25 Dekabr 2015    Oxunub:1992
Rusiyanın Mərkəzi Bankı valyutadəyişmə qaydalarını sərtləşdirib.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bazar ertəsindən 15 min rubldan artıq pul dəyişmək istəyənlər sənəd göstərməli və xüsusi anket doldurmalı olacaqlar.

Məlumata görə, bu tədbirlər qanunsuz yollarla əldə edilən gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunda nəzərdə tutulur.

Mütəxəssislər hesab edirlər ki, bu əməliyyat və xidmətləri xeyli çətinləşdirəcək. Banklar bu prosedurları nağdsız kanallarla etməyə çalışacaqlar ki, bu da öz növbəsində valyutadəyişmə məntəqələrinin ixtisarına səbəb olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti