`Dəmirtaş bizə xəyanət etdi` - Davudoğlu

`Dəmirtaş bizə xəyanət etdi` - Davudoğlu
  25 Dekabr 2015    Oxunub:2349
Türkiyənin baş nazir Əhməd Davudoğlu HDP sədrinin Moskvaya səfərini və səfər zamanı verdiyi bəyanatları rüsvayçılıq adlandırıb.
Davudoğlu Səlahəddin Dəmirtaşın hərəkətlərinin millətə xəyanət olduğunu bildirib:

“HDP sədrinin Rusiyada, “Türkiyənin Rusiya təyyarəsini vurması səhvdir” deməsi tam bir rüsvayçılıq və xəyanətdir. Rus təyyarələrinin günahsız türkmənləri, ərəbləri, kürdləri Azezdə, Hələbdə, İdlibdə, Bayırbucaqda bombaladığı vaxtda qaça-qaça Rusiyaya gedib dəstək ifadə etmək, millətə xəyanət etməkdir. Bu, açıq bir rüsvayçılıqdır”,-deyə Davudoğlu bildirib.

Qeyd edək ki, HDP sədri Rusiyaya səfər edərək, bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı Dəmirtaş Türkiyəni Su-24 təyyarəsinə görə ittiham edib.

AzVision.az


Teqlər:





Xəbər lenti