Merkel Putin haqqında gizli məlumatları ingilislərə ötürdü

Merkel Putin haqqında gizli məlumatları ingilislərə ötürdü
  24 Dekabr 2015    Oxunub:3796
Almaniya kansleri Angela Merkel Böyük Britaniyaya səfəri zamanı bu ölkənin xüsusi xidmət orqanlarına Rusiya haqqında məlumatlar ötürüb.

Bu barədə AzVision.az “The Times”-a istinadən xəbər verir.

Merkelin “MI5” (əks-kəşfiyyat) rəhbəri Endryu Parker, “MI6” (kəşfiyyat) rəhbəri Aleks Yanqer və radio-elektron kəşfiyyat idarəsinin rəhbəri Robert Hanniqanla gizli görüşü bu ilin oktyabr ayında baş tutub.

Nəşr vurğulayır ki, Böyük Britaniya hökumət rəhbərinin şəhərdənkənar iqamətgahında xüsusi xidmət orqanları İŞİD terror təşkilati tərəfindən yaradıla biləcək təhlükələr barədə Merkeli məlumatlandırıb. Buna cavab olaraq, Merkel ingilislərə Rusiya prezidenti Vladimir Putin, Ukraynadakı qeyri-sabitlik və Krımdakı vəziyyət haqqında hesabat təqdim edib. Görüş baş nazir Devid Kemeronun iştirakı ilə keçirilib.

Böyük Britaniya baş nazirinin dəftərxanasından olan mənbənin sözlərinə görə, görüşdə Suriya və Rusiya məsələsi geniş müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti