Xəstəxanada dəhşətli yanğın: 25 ölü, 100 yaralı

Xəstəxanada dəhşətli yanğın: 25 ölü, 100 yaralı
  24 Dekabr 2015    Oxunub:2284
Ötən gecə Səudiyyə Ərəbistanının qərbində yerləşən Cizan əyalətinin xəstəxanalarından birində güclü yanğın baş verib.
Ölkənin mülki müdafiə xidmətinin məlumatına görə, 25 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

“Cizanda yanğından xəsarət alanların sayı 107-ə çatıb, 25 nəfər həlak olub”, - deyə, xidmətdən bildiriblər.

Yerli hakimiyyət hadisənin başvermə səbəblərini araşdırır.


Teqlər:





Xəbər lenti