Gürcüstanın baş naziri istefa verdi
“Bu gün mən baş nazir vəzifəsindən istefa verməyi qərara aldım”, -deyə Qaribaşvili vurğulayıb.
Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur.
Xarici KİV-lərin məlumatına əsasən, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərargahına başçılıq edəcək.
AzVision.az