Bakılı oğlana ərə gedən erməni qızı İŞİD-ə qoşuldu

Bakılı oğlana ərə gedən erməni qızı İŞİD-ə qoşuldu
  23 Dekabr 2015    Oxunub:27301
Rusiya hüquq-mühafizə orqanı əməkdaşları erməni əsilli 28 yaşlı Moskva sakini Mariya Samoylovanın axtarışına başlayıb.

AzVision.az “Lifenews.ru”-ya saytına istinadən xəbər verir ki, bu barədə qızın atası Artur Mkrtumyan bildirib.

51 yaşlı atanın sözlərinə görə, azərbaycanlı oğlanla ailə həyatı quran qızı İŞİD-ə qoşulub. O, buna sübut olaraq cütlüyün daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhədindən deyil, Türkiyə ərazisindən istifadə etdiyini göstərir.

Artur Mkrtumyan 2014-cü ilin oktyabrından qızından xəbər ala bilmədiyini vurğulayıb.

Erməni qızın anası isə keçmiş həyat yoldaşının bu fikirləri ilə razılaşmır. Onun fikrincə, cütlük Bakıda xoşbəxt həyat sürür və onlar İŞİD-ə qoşulmayıblar: “Mariya azərbaycanlı ilə evlənib və İslamı qəbul edib. Oğlan turizm şirkətinin rəhbəri idi və böhran zamanı onlar problemlər yarandığına görə qayıtmaq qərarına gəliblər. Buna görə cütlük Türkiyəyə gedib. Mariya Türkiyədən zəng edərək dedi ki, müəyyən vaxtdan sonra Bakıya köçəcəklər və işləri yoluna qoyana qədər əlaqə saxlaya bilməyəcəklər”.

Ananın bu iddiasına baxmayaraq, Moskvanın Lefortovo rayon polis idarəsi Artur Mkurtumyanın şikayəti əsasında araşdırma aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti