İstanbul aeroportunda terror, ölən var (Yenilənib)

İstanbul aeroportunda terror, ölən var (Yenilənib)
  23 Dekabr 2015    Oxunub:4255
Türkiyənin İstanbul şəhərindəki “Sabiha Gökçen” beynəlxalq hava limanında baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. AzVision.az xəbər verir ki, yerli KİV-lər aeroportda baş vermiş insidentin terror olduğunu yazıb. Bildirilib ki, hüquq mühafizə orqanları araşdrıma apardığı üçün bununla bağlı açıqlama verməyə tələsmir.

**
Türkiyənin İstanbul şəhərindəki “Sabiha Gökçen” beynəlxalq hava limanında partlayış baş verib.

AzVision.az -ın türk mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla gecə saat 02.15-də təyyarələrin parklandığı apronda qeydə alınıb.

Partlayış zamanı hava limanının xadimələri 33 yaşlı Canan Çelik Burgucu və 30 yaşlı Zəhra Yamaç baş nahiyəsindən yaralanıb. Yaralılar “Marmara” universitetinin Pendik təlim və araşdırma xəstəxanasına çatdırılıblar. Xəstəxanadan Zəhra Yamacın vəziyyətinin ağır olduğu bildirilib.



Partlayışın səbəbi məlum deyil. Hazırda hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb. Reyd keçirən polis hava limanına daxil olan və çıxan bütün avtomobillərdə axtarış aparır.


Teqlər:  





Xəbər lenti