`Ya bizimlə yatacaqsan, ya torpaqda` - İŞİD-çilərdən İraq gözəlinə

`Ya bizimlə yatacaqsan, ya torpaqda` - İŞİD-çilərdən İraq gözəlinə
  23 Dekabr 2015    Oxunub:31677
İŞİD-in döyüşçüləri İraqın ən gözəl qızı seçilmiş 20 yaşlı Şayma Qassım Ədbülrəhmana zəng vuraraq, onu hədələyiblər.

İŞİD-çilər qıza bildiriblər ki, ya seks-cihada qoşulmalıdır, ya da öldürüləcək. Başqa sözlə desək, sağ qalmaq üçün İŞİD üzvlərinə intim xidmətlər göstərməlidir.

Beləliklə, indi “Miss İraq” gizlənməyə məcburdur. Halbuki, 2 gün əvvəl ölkədə onu “İraqın normal həyata qayıtmasının simvolu” adlandırırdılar.

Qeyd edək ki, İraqda 1972-ci ildən bəri, yəni 43 il idi ki, gözəllik müsabiqəsi keçirilmirdi.

Tariyel
AzVision.az


Teqlər:





Xəbər lenti