İran Suriyadan əsgərlərini geri qaytarır

İran Suriyadan əsgərlərini geri qaytarır
  22 Dekabr 2015    Oxunub:2180
İsrail Qərb KİV-nin İranın Suriyadan öz əsgərlərinin böyük əksəriyyətini təxliyə etməsi barədə yaydığı məlumatı təsdiqləyib.
Bu barədə AzVision.az “MIGnews”-a istinadən xəbər verir.

Buna səbəb isə iranlılar arasında itkilərin çox olması və İranın özündə Suriya müharibəsinə qarşı artan narazılıq olub.

İsrail hərbçilərindən olan mənbənin sözlərinə görə, üç ay əvvəl İslam İnqilabi Keşikçilər Korpusu əsgərləri kütləvi formada Suriyadan təxliyə olunub. Həmin vaxt 2000 iranlı öz ölkələrinə qayıdıb. Suriyada 700-800 İran hərbçisi qalıb.

Bu arada İran KİV-in yazır ki, son həftələrdə Suriyada 7 İran hərbçisi həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti