Yunanıstan Fələstini dövlət kimi tanıdı
Parlamentin spikeri Nikos Vuçis xüsusi plenar iclasda qətnamənin mətnini oxuyub və onu dəstəkləyən deputatları ayağa qalmağa çağırıb. Bundan sonra deputatların hamısı ayağa qalxıb və alqışlayıb.
Qətnamə Yunanıstan hökumətinə paytaxtı Şərqi Qüds olmaqla 1967-cü il sərhədləri çərçivəsində Fələstin dövlətini tanımağı tövsiyə edib.
Qeyd edək ki, bu gün Yunanıstan parlamentin Fələstin lideri Mahmud Abbasın çıxış edəcəyi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az