Tanınmış siyasətçinin qardaşı barda işləyəcək

Tanınmış siyasətçinin qardaşı barda işləyəcək
  22 Dekabr 2015    Oxunub:2977
Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu barmen işləyəcək.
AzVision.az xəbər verir ki, Cəlal Kılıçdaroğlu Kuş Adasında yerləşən restoranların birində işləyəcək.

O, qeyd edib ki, işlədiyi barda həm spirtli, həm də spirtsiz içkiləri müştərilərə təqdim ediləcək.

Qeyd edək ki, pensiyaya çıxdıqdan sonra İzmir şəhərindəki tikintilərdən birində qarovulçu işləyən Cəlal Kılıçdaroğlu təsadüfən mətbuatın diqqəti ilə ölkənin gündəminə gəlmişdi.

Bundan ruhlanan Cəlal Kılıçdaroğlu İzmir şəhərindəki bölgələrdən birində bələdiyyə məclisinə namizəd olduğunu açıqlasa da bu qərar qardaşı tərəfindən müsbət qarşılanmamışdı.




Teqlər:  





Xəbər lenti