`Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər` - Сon Kirbi

`Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər` - Сon Kirbi
  22 Dekabr 2015    Oxunub:2740
ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə “istiqamətlənib”.

Bu barədə bazar ertəsi Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Ondan şənbə günü İsveçrədə baş tutan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan görüşünü şərh etməyi xahiş ediblər.

Kirbi vurğulayıb ki, bu sammit iki ölkə liderlərinə bir il ərzində üz-üzə görüşmək və mövqelərini aydınlaşdırmaq imkanı verdi.

Onun sözlərinə görə, prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər.

Kirbi “dinc əhali arasında qurbanların sayının azalmasına yönəlmiş tədbirlərin” Vaşinqton tərəfindən dəstəkləndiyini qeyd edib.

Onun sözlərinə görə, amerikalı heyət ATƏT-in Minsk qrupunda rus və fransız həmkarları ilə bütün bu tədbirlərin müzakirəsini davam etdirirlər.

Dövlət Departamentinin nümayəndəsi xüsusilə insanların çiyin-çiyinə yaşadığı və bundan sonra da bir-birinə etimad etməli olduqları Dağlıq Qarabağ icmalarında xalq diplomatiyasının vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti