Sarkisyan Rusiyada Türkiyəni pislədi

Sarkisyan Rusiyada Türkiyəni pislədi
  21 Dekabr 2015    Oxunub:3355
Rusiyanın “Su-24” təyyarəsini vuran Türkiyənin mövqeyi terrorizmlə mübarizə və Suriyadakı vəziyyətin nizamlanmasına yardım etmir.
AzVision.az xəbər verir ki, bu barədə Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iclasında çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

“Biz Suriyada anti-terror əməliyyatlarında iştirak edən və Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulan Rusiyanın “Su-24” tipli təyyarəsi ilə bağlı insidenti müzakirə etdik. Bu addım terrorizmlə mübarizədə beynəlxalq səylərə, Suriyadakı vəziyyətin nizamlanmasına və regionda sülhün bərpa olunmasına yardım etmir”, - deyə Sarkisyan KTMT-nın vurğulayıb.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti