Məktəblərdə `yolka` qurmaq qadağan edildi

Məktəblərdə `yolka` qurmaq qadağan edildi
  21 Dekabr 2015    Oxunub:8601
Tacikistanın Təhsil və Elm Nazirliyi təhsil müəssisələrində Yeni il yolkalarının quraşdırılmasını qadağan edib.
AzVision.az “Radio Ozodi”yə istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Nuriddin Səid imzalayıb.

“Şam ağaclarının kəsilməsi, qurulması və bəzədilməsi, partlayıcı maddələrdən istifadə, məktəblərdə bayram süfrəsinin təşkili, hədiyyə vermək qadağan edilib”, - deyə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirlik, həmçinin məktəblilərə və tələbələrə kütləvi bayram şənlikləri və banketlərində iştirakını qadağan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti