Rusiya Ermənistana hərbi helikopterlər göndərdi

Rusiya Ermənistana hərbi helikopterlər göndərdi
  21 Dekabr 2015    Oxunub:2931
Rusiya Silahlı Qüvvələri Ermənistandakı bazaya hərbi və nəqliyyat helikopterləri göndərib.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi Cənub Hərbi Dairəsinə istinadən xəbər verir.

Məlumata əsasən bu dəfə Rusiyanın Krasnodar diyarından 6 ədəd Mi-24 P zərbə və Mi-8MT nəqliyyat helikopterləri Ermənistana çatdırılıb.

Qeyd edək ki, dekabrın 8-də də Rusiya Ermənistandakı Erebuni hərbi bazasına hərbi və nəqliyyat helikopterləri göndərmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti