`Rusiya krizi martda bitəcək` - Türkiyənin gömrük naziri

`Rusiya krizi martda bitəcək` - Türkiyənin gömrük naziri
  21 Dekabr 2015    Oxunub:3314
Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi Rusiya ilə yaranmış gərginliyə münasibət bildirib.
İlk günlərə nisbətən gömrükdən qaytarılan ixrac mallarının azaldığını deyən nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlər getdikcə normallaşır:

“Bibər, xiyar, pomidorla bağlı hələ ki, sıxıntı olmasa da problem portağal, mandarin kimi məhsullarda mövcuddur. Onlar daxili bazarda ucuzlaşıb. Sadəcə Rusiyaya ixrac edilən tikanlı xiyar vardı ki, onun da qiyməti bahalaşıb. İstehsalçı razıdır. Ayaqqabı ixracatı embarqodan sonra daha da çoxalıb.”

Nazir Rusiyanın bu böhranı dərinləşdirməyə çalışdığını da deyib: “ Lakin böhran çox davam etməyəcək. Rumıniya, İran və Azərbaycan kimi alternativlər yarandı. TIR, yük maşını ticarətləri Rumıniya və Bolqarıstana yönləndirildi. Həm türk, həm də rus xalqının ziyana düşməməsi üçün əlimizdən gələni edirik. Çox davam etməyəcək. Fevral-mart aylarında bu kriz azalacaq və zəifləyəcək.”

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti