Daxili işlər naziri istefa verdi – Seks qalmaqalı
Nazir bəyan edib ki, ona qarşı səsləndirilən ittihamlar əsassızdır. Bu arada siyasətçi vurğulayıb ki, seks qalmaqalı onun ailəsinə, nüfuzuna neqativ təsir edib və buna görə vəzifədən getmək barədə qərar qəbul edib.
İsrail Baş Prokurorunun sözlərinə görə, 7 qadın Şalomun onlara seksual təklif etdiyini bildirib.
Siyasətçiyə qarşı hələlik rəsmi cinayət işi başladılmayıb.
Qeyd olunur ki, daxili işlər naziri postunu “Likud” partiyasının üzvü Amir Ohana tutacaq.
Eldar Tanrıverdiyev
AzVision.az