Saakaşvili görüşə gəlmədiyi üçün cərimələndi

Saakaşvili görüşə gəlmədiyi üçün cərimələndi
  20 Dekabr 2015    Oxunub:1898
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili məhkəmənin qərarı ilə vətəndaşlarla nəzərdə tutulan görüşə gəlmədiyi üçün 28 dollar (680 qriven) məbləğində cərimə edilib.
Bu barədə “Dumskaya” xəbər verir.

Məlumat verilir ki, əgər məhkəmənin qərarı ikinci dəfə pozularsa Saakaşvili bu məbləğin ikiqatı ilə cərimələnəcək, həmçinin hüquq-mühafizə orqanlarına onun “Vəzifəli şəxs tərəfindən məhkəmə qərarının icra edilməməsi” maddəsi ilə cinayət məsulliyətinə cəlb edilməsi barədə məktub göndəriləcək.

Bu halda Odessa vilayətinin qubernatoru 5 il müddətinə qədər həbs oluna bilər.


Teqlər:





Xəbər lenti