Rusiya Ərdoğana qarşı `kürd kartı`nı işə salır

Rusiya Ərdoğana qarşı `kürd kartı`nı işə salır
  20 Dekabr 2015    Oxunub:2653
Türkiyənin kürdlərdən ibarət Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək.
AzVision.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Ərdoğana qarşı sərt mövqeyi ilə tanınan Dəmirtaş səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini bəyan edib.

Dekabrın 23-nə baş tutacaq səfərin əsas məqsədi HDP-nin Rusiyada təmsilçiliyinin açılmasıdır.

Türkiyə ilə Rusiya arasında diplomatik qalmaqalın hökm sürdüyü bir vaxtda Dəmirtaşın Moskvaya getməsi Ankarada birmənalı qarşılanmayıb. İddia edilir ki, Rusiya HDP-ya dəstək verməklə Türkiyədə vəziyyəti gərginləşdirmək niyyətindədir.

AzVision.az




Teqlər:





Xəbər lenti