Nalbandyan Bern görüşü haqda: `Yanaşmalar uyğun gəlmir`

Nalbandyan Bern görüşü haqda: `Yanaşmalar uyğun gəlmir`
  20 Dekabr 2015    Oxunub:3546
Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə yanaşmaları yaxın deyil və ya üst-üstə düşmür.
AzVision.az xəbər verir ki, bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

Azərbaycan və Ermənistan prezidentlərinin Bern (İsveçrə) şəhərində baş tutan görüşünün yekunlarını şərh edən nazir bildirib ki, Ermənistan danışıqlar prosesinin davam etdirilməsi, problemin danışıqlar vasitəsi ilə nizamlanmasının tərəfdarı olub və qalmaqdadır.

`Danışıqlara alternativ yoxdur. Erməni tərəfi ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında danışıqları davam etdirmək və nizamlanmaya doğru irəliləməyə hazırdır`.

XİN rəhbəri bildirib ki, Berndə keçirilən görüşdə tərəflər Dağlıq Qarabağ probleminin nizamlanmasının müxtəlif elementləri, həll prinsiplərinə öz yanaşmalarını ifadə ediblər.

`Təəssüflə yenidən qeyd edə bilərik ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür`.

AzVision.az


Teqlər:  





Xəbər lenti