Sarkisyan Əliyevlə görüşdən sonra Moskvaya gedir

Sarkisyan Əliyevlə görüşdən sonra Moskvaya gedir
  20 Dekabr 2015    Oxunub:4189
Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyanın Moskva səfəri dekabrın 20-də baş tutacaq.

Ermənistan prezidenti dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurası və Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyalarında iştirak edəcək.

Qeyri-rəsmi məlumatlara görə, səfər çərçivəsində Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə də görüşəcək. Ehtimal edilir ki, Sarkisyan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə Berndə keçirdiyi görüşlə bağlı Rusiya lideri ilə müzakirə aparacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti