Avropa və Türkiyə hava məkanını Rusiya üçün bağladı

Avropa və Türkiyə hava məkanını Rusiya üçün bağladı
  19 Dekabr 2015    Oxunub:3194
Avropa ölkələri və Türkiyə öz hava məkanını Suriyada əməliyyatlar keçirən Rusiyanın uzaq mənzilli bombardmançı təyyarələrinin üzünə bağlayıb.
AzVision.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu səbəbdən rusiyalı təyyarəçilər qarşılarına qoyulan tapşırıqları Avropadan yan keçməklə icra etməyə məcbur olublar.

Rusiya Hərbi Kosmik Qüvvələrinin təmsilçisi Anatoli Konovalov yaranmış vəziyyətin uzaq mənzilli bombardmançı təyyarələrin məqsədlərini hər bir şəraitdə uğurla həyata keçirməyə qadir olduğunu göstərdiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti