İlham Əliyev Sarkisyanla görüşdü - FOTOLAR+ VİDEO

İlham Əliyev Sarkisyanla görüşdü - FOTOLAR+ VİDEO
  19 Dekabr 2015    Oxunub:15265
İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Görüşdən sonra birgə foto çəkdirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü oldu. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.


***

Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Berndə təkbətək görüş keçirilir.

Bu barədə amerikalı həmsədr Ceyms Uorlik “twitter” səhifəsində məlumat paylaşıb. O, qeyd edib ki, görüş artıq bir saatdan çoxdur ki, davam edir.

Prezidentlərin təkbətək görüşündən sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə görüş də olacaq.

***

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın İsveçrənin paytaxtı Berndə görüşü başlayıb.

AzVision.az xəbər verir ki, görüş keçiriləcək binada Azərbaycan və Ermənistan prezidentlərini İsveçrənin XİN başçısı Didye Burqhalter qarşılayıb.

Görüşdə eyni zamanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və ATƏT Minsk Qrupunun həmsədrləri də iştirak edir.

Bu, 2014-cü il oktyabrın 27-dən bəri ilk görüşü olacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti