Ohanyan təcili Qarabağa gəldi - Cəbhədə gərginlik

Ohanyan təcili Qarabağa gəldi - Cəbhədə gərginlik
  19 Dekabr 2015    Oxunub:7958
Ermənistanın müdafiə naziri Seyran Ohanyan dekabrın 19-da işğal altında olan Azərbaycan ərazilərinə gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Ohanyanın mətbuat üzrə köməkçisi Arçrun Ovannisyan özünün sosial şəbəkədəki səhifəsində yazıb. O, qeyd edib ki, səfər zamanı nazirin separatçı Dağlıq Qarabağ rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.

O, həmçinin əlavə edib ki, görüşlər zamanı son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi də müzakirə olunacaq.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti