`Putin özünü uşaq kimi aparır` - Davudoğludan cavab

`Putin özünü uşaq kimi aparır` - Davudoğludan cavab
  19 Dekabr 2015    Oxunub:3898
`Putini ciddi qəbul etmək təhqir olardı`
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konransında Türkiyənin ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə cavabında deyib.

O, Putinin son açıqlamalarını ciddi qəbul etmədiyini bildirib: “Bir ay öncə Putin belə bir açıqlama verə bilərdimi? Bir ay öncə qəbuledilməz olan məsələlər indi söylənilərsə, onlar ciddi qəbul edilə bilməz. Ona görə də Putinin dediklərini ciddi qəbul etmirik. Bu, bir uşaq davranışıdır. Əvvəllər belə işləri ölkəmizdə hərbi çevrilişi edənlər görərdi, indi də Putin bu işlə məşğuldur”.

Davudoğlu Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “O, prezidentimizin ailəsi haqqında iddiaları səsləndirəndə dedim ki, bu, Sovet təxribatıdır. Putin KQB günlərində qalıb. Amma KQB keçmişdə qalıb, Sovet təxribatı dönəmi artıq bitib. Putinin etdiyi hər açıqlama dünyada təbəssümə səbəb olur. Sarkazm, istehzalı təbəssümlərə. Bu, bizim üçün ciddi qəbul ediləcək çağdaş günün ruhuna uyğun olan açıqlamalar deyil. Sadəcə gülümsəyirəm. Onun dediklərini ciddi qəbul etmək təhiqr olar”.

Qeyd edək ki, Putin Su-24 bombardmançı təyyarəsinin vurulmasını şərh edərkən bildirib ki, təyyarə insidenti Türkiyə hökumətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin nəticəsi ola bilər.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti