Avropadan Rusiyaya zərbə: Sanksiyaların vaxtı uzadıldı

Avropadan Rusiyaya zərbə: Sanksiyaların vaxtı uzadıldı
  19 Dekabr 2015    Oxunub:2552
Avropa Birliyinin rəsmiləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay uzadılmasında razılığa gəliblər.
Bu sanksiyalar ötən ilin martında Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Gələn il iyulun 31-dək uzadılacaq sanksiyalar Rusiyanın maliyyə, neft və hərbi sahələri, o cümlədən Ukrayna münaqişəsində əli olan konkret şəxslərə aiddir.

Qeyd edək ki, sanksiyaların müddəti gələn il yanvarın 31-də sona yetir.

AzVision.az


Teqlər:  





Xəbər lenti