Deputatlar arıq modelləri `bəyənmir` - Qalmaqallı qanun

Deputatlar arıq modelləri `bəyənmir` - Qalmaqallı qanun
  19 Dekabr 2015    Oxunub:4659
Fransada millət vəkilləri "çox arıq" hesab edilən modellərin fəaliyyətinə qadağa qoyan qanun layihəsi qəbul edib.
Layihəyə görə, modellərə "peşə fəaliyyətini yerinə yetirmək" üçün həkimdən arayış lazımdır.

Bu qaydaları pozan işverənləri isə 6 ay müddətinə həbs və 56 min manat cərimə gözləyir.

Qanun layihəsinin əvvəlki versiyasında modellər üçün minimum Bədən Kütləsi İndeksi (BKİ) barədə məlumat verilib. O vaxt bu qanun layihəsi Fransadakı modellik agentliklərinin etirazı ilə qarşılanıb.

Cümə axşamı son dəfə baxılan layihəyə görə, həkimlər modellərin yaşı, kütləsi və bədən quruluşuna baxaraq onların "çox arıq" olub-olmamasına qərar verəcək.

Sənəd onu da tələb edir ki, modellərin silueti montajla "arıqladılıb və kökəldilərsə", bu barədə məlumat açıq qeyd edilməlidir.

Fransadan öncə, İtaliya, İspaniya və İsrail də oxşar qanunlar qəbul edib.

Anereksiya xəstəliyindən 30-40 min fransalı əziyyət çəkir ki, onların 90 faizi qadınlardır. (bbc)


Teqlər:  





Xəbər lenti