Bəşər Əsədin gizli Tehran səfəri

Bəşər Əsədin gizli Tehran səfəri
  18 Dekabr 2015    Oxunub:2195
Suriya prezidenti Bəşər Əsəd dekabrın sonu yanvarın əvvəlində Tehrana səfər edə bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi hakimiyyətdəki mənbəyə istinadən xəbər verir.

“Əsədin Tehran səfəri onun Moskvaya səfərindən sonra dörd ildə baş tutacaq ikinci xarici ölkə səfəri olacaq”, - deyə mənbə qeyd edib.

Səfərin konkret olaraq hansı tarixdə reallaşacağı bilinmir. Həmçinin Suriya prezidentinin kimlə görüşəcəyi və onu kimin müşayiət edəcəyi açıqlanmır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti