Sarkisyan təcili generalları topladı – İrəvan narahatdır

Sarkisyan təcili generalları topladı – İrəvan narahatdır
  18 Dekabr 2015    Oxunub:6729
Ermənistan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Serj Sakisyan ölkənin Müdafiə Nazirliyində iclas keçirib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən iclasda baş nazir, müdafiə və maliyyə nazirləri, həmçinin Müdafiə və Silahlı qüvvələrin rəhbər şəxsləri iştirak edib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, 2014-2015-ci illərdə ölkənin müdafiə sahəsində görülən işlər barədə hesabat dinlənilib. İclas zamanı çərçivəsində Silahlı Qüvvələrin 2016-2020-ci illər inkişafı üzrə plan və Silahlanmanın və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı müzakirə edilib.

Qeyd edək ki, son günlər Azərbaycan Ermənistan sərhədində və təmas xəttində gərginlik artıb. Erməni KİV-lərin yaydığı məlumata görə, ötən gün baş verən atışma nəticəsində 10-a yaxın erməni hərbçi ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti