Cəbhədə 10 erməni hərbçi məhv edilib - KİV

Cəbhədə 10 erməni hərbçi məhv edilib - KİV
  18 Dekabr 2015    Oxunub:3507
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən şiddətli atışma zamanı düşmən tərəfin ciddi itki verdiyini erməni KİV-ləri də təsdiq edib.
AzVision.az-ın xəbərinə görə, erməni xəbər agentliyi olan “my.mamul.am” saytı qondarma rejimin “müdafiə nazirliyindəki” mənbəyə istinadən bildirib ki, dekabrın 17-dən 18-nə keçən gecə Azərbaycan tərəfinin həyata keçirdiyi kəşfiyyat-diversiya əməliyyatı nəticəsində “Qarabağ Ordusu” xeyli sayda itki verib.

Sayt bildirib ki, döyüş zamanı erməni tərəfinin azı 10 əsgəri həlak olub, 20 nəfəri isə yaralanıb.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ötən gecə işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisini məhv edib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi öldürülən erməni hərbçilərin adlarını da açıqlayıb.

Bunlar 1996-cı ildə anadan olan Aqasi Qriqoryan, 1996-cı il təvəllüdlü Ruben Aleksanyan və 1992-ci ildə anadan olan Qor Ohanyandır.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti