Avropa İttifaqının sədri dəyişdi

Avropa İttifaqının sədri dəyişdi
  18 Dekabr 2015    Oxunub:1969
Lüksemburq baş naziri Ksavye Bettel Avropa İttifaqına (Aİ) sədrlik estafetini Niderlanddan olan həmkarı Marko Ryutteyə təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi “Twitter” səhifəsində yazıb.

Estafetin ötürülməsi mərasimi Aİ-nin Brüsseldə keçirilən samitində baş verib.

Niderland rəsmən 2016-ci ilin yanvar ayının birindən Aİ-nin sədr vəzifəsini yerinə yetirəcək. Niderlandın quruma sədrliyi 6 ay davam edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti