Ermənistan 300 milyon borc alır - Büdcə çökür

Ermənistan 300 milyon borc alır - Büdcə çökür
  18 Dekabr 2015    Oxunub:1823
Ermənistan parlamenti dekabrın 18-də ölkənin Avrasiya Anti-böhran Fondundan 300 milyon dollar kredit götürülməsi barədə qanun layihəsini təsdiqləyib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, kredit ölkə büdcəsində defisiti örtmək məqsədilə götürülür.

Qanun layihəsinin lehinə 60, əleyhinə 19 deputat səs verib. İki deputat isə məsələyə fikir bildirməkdən imtina edib.

Vəsait 2015-2017-cü illər ərzində 100 milyon dollar tranşla, illik 2,1% göstərici ilə 20 il müddətinə əldə ediləcək. Kreditin məqsədi Ermənistan büdcəsindəki kəsirləri ört-basdır etməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti