Qarabağda şiddətli döyüşlər: 3 erməni məhv edildi

Qarabağda şiddətli döyüşlər: 3 erməni məhv edildi
  18 Dekabr 2015    Oxunub:3299
Ötən gün cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan tərəfinin 3 əsgəri məhv edilib.
AzVision.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dünən baş verən atışmada erməni hərbçilər - Aqasi Qriqoryan (1996) və Ruben Aleksanyan (1996) öldürülüb.

Bundan başqa məlum olmayan şəraitdə isə hərbi hissələrdən birində müqavilə ilə hərbi qulluqçu işləyən Qor Ohanyan da (1992) ölüb.

Qeyd edək ki, dekabrın 11-i Ermənistan ordusunda xidmət edən Karen Qriqoryan və 1994-ci il təvəllüdlü Vardan Vardanyan da öldürülmüşdü. Bundan başqa 10 dekabr tarixində müddətdən artıq xidmət edən əsgər Razmik Abramyan yaralı vəziyyətdə İrəvanda hərbi hospitala çatdırılıb.

Hospitalın rəisi polkovnik Aram Asaturyan deyib ki, əsgər sol ciyərindən yaralanıb. Yaralının vəziyyəti ağırdır. O, qeyd edib ki, əsgər “Çambarak” hərbi hospitalından gətirlib.

Bu şiddətli döyüşlər Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində sabah baş tutacaq görüşü ərəfəsində baş verir.


İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti