`Qara qutu`nun açılışında Azərbaycan bayrağı - FOTO

`Qara qutu`nun açılışında Azərbaycan bayrağı - FOTO
  18 Dekabr 2015    Oxunub:27285
Türkiyə tərəfindən Suriya sərhədində vurulan Rusiya təyyarəsinin `qara qutu`su açılır.

Proses beynəlxalq ekspertlərin iştirakı ilə keçirilir.

`Qara qutu`nun açılış mərasimində zalda Azərbaycan bayrağının əks olunması diqqətdən yayınmayıb. Ehtimal olunur ki, qutunun açılışında Azərbaycandan hərbi ekspert qrupu da iştirak edir.

Müdafiə Nazirliyindən bildirilib ki, `qara qutu`nun açılışında Azərbaycan tərəfindən kimlərin iştirak etməsi haqda onlarda məlumat yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az






Teqlər:  





Xəbər lenti