`Su-24`ün `qara qutusu` açıldı– VİDEO

`Su-24`ün `qara qutusu` açıldı– VİDEO
  18 Dekabr 2015    Oxunub:12912
Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin qara qutularının şifrələrinin açılması prosesi başlayıb.

AzVision.az “Vesti.ru”-ya istinadən xəbər verir ki, prosesi Rusiya KİV- tərəfindən canlı yayımlanıb.

`Qara qutu` ilə bağlı ilkin məlumatlar dekabrın 21-də açıqlanacaq.



Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti