İŞİD-dən yeni qadağa – Televizora baxmaq olmaz!

 İŞİD-dən yeni qadağa – Televizora baxmaq olmaz!
  18 Dekabr 2015    Oxunub:3057
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının rəhbərləri öz yaraqlılarına televizora baxmağı qadağan edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

İŞİD üzvlərinə xarici telekanallara baxmaq qadağan edilib. Qadağanın tətbiq edilməsi üçün komandirlərə yaraqlıların evinə baxış keçirmək və aşkarlandığı təqdirdə televiziya qurğularının məhv məhv edilməsi tapşırılıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti