Nazir Saakaşvilini məhkəməyə verdi – Yatsenyuk da hazırlaşır (VİDEO)

Nazir Saakaşvilini məhkəməyə verdi – Yatsenyuk da hazırlaşır (VİDEO)
  18 Dekabr 2015    Oxunub:2946
Ukrayna daxili işlər naziri Arsen Avakov onu korrupsiyada ittiham etdiyi üçün Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Mən cənab Saakaşvilini məhkəməyə verdim”, - deyə Akakov "1+1" telekanalına müsahibəsində bildirib.

Avakov, həmçinin Ukrayna baş nazirinin də Odessa qubernatorunu məhkəməyə verməyə hazırlaşdığını vurğulayıb.

Qeyd edək ki, dekabrın 15-i Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə “cəzalandırdığını” deyib.

A.Avakov M.Saakaşvilinin ittihamlarına cavab olaraq stəkan dolu suyu onun üzünə çırpdığını bildirib. Nazir bu barədə öz facebook səhifəsində məlumat paylaşıb.

A.Avakovun yazdığına görə, mübahisə İslahatlar üzrə Milli Şuranın iclasında baş verib. Nazir gürcü qubernatordan Odessa Limanyanı Zavodunun özəlləşdirilməsi ilə bağlı nəyə görə “Uralxim”dən olan rus oliqarxla danışdığını soruşub (Avakov həmin oliqarxın adını açıqlamayıb-red.).

Avakovun sözlərinə görə, Saakaşvili suala cavab vermək əvəzinə “isterik vəziyyətdə bağırmağa başlayıb”.

“Halbuki heç kimin mənimlə belə danışmağa ixtiyarı yoxdur” - deyə Avakov yazır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti